Azərbaycan da peyvənd sifariş edib? - TƏBİB-dən CAVAB
Tarix: 16-06-2020, 16:50 | Çap et
Azərbaycan da peyvənd sifariş edib? - TƏBİB-dən CAVAB
Koronavirusun sürətlə yayılmasından sonra bir sıra dünya ölkələri peyvənd çalışmalarına başlayıb.

Bu çalışmalara dövlətlər milyonlar ayırır. Peyvənd istehsal edən ölkələrdən biri İngiltərə olub. İngilis əczaçılıq şirkəti “AstraZeneca” artıq sifariş qəbuluna başlayıb.

Belə ki, Avropa İttifaqı (Aİ) hökumətləri ya 300 milyon doza koronavirusu peyvəndi üçün 750 milyon avro (843.1 milyon dollar) ödəyəcək.

Bir peyvəndin qiyməti isə 2,5 avro olacaq.

Maraqlıdır, bu peyvənddən Azərbaycan da ala bilərmi? Bu barədə hansısa danışıqlar gedirmi?

Cebhe.info-nun sualını cavablandıran TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, təsdiqlənmiş koronavirus vaksini olmadığı üçün bununla bağlı söhbət getmir:

“Təsdiqlənmiş koronavirus peyvəndi yoxdur. Bu barədə hazırda gündəmdə belə bir mövzu yoxdur”.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net