“Araz” marketdən alınan şokoladdan qurd çıxdı – VİDEO
Tarix: 29-03-2018, 09:26 | Çap et
“Araz” marketdən alınan şokoladdan qurd çıxdı – VİDEO
Bakının Binə qəsəbəsində yerləşən "Araz" marketdə satılan şokoladın içindən qurd çıxıb.

Vertikal.Az Oxu.Az-a istinadən xəbər verir ki, şokoladı alan şəxs onun içindən qurd çıxdığını bildirib və marketin satıcılarını işlərinə olan səhlənkarlığa görə qınayıb:

"Dünən ailə üzvlərimin başına belə bir iş gəlib. "Araz” supermarketi, təcili şəkildə izahat verin və tədbir görün. Əminəm ki, belə bədbəxt hadisədən heç rəhbərliyin xəbəri yoxdur. Bu, bəzi işçilərin necə səhlənkar mal qəbul etdiklərindən xəbər verir. Hadisə Binə qəsəbəsi, 2-ci "Araz” marketdə baş verib”.

"Araz” Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev Oxu.Az-a açıqlamasında paylaşılan görüntüdən xəbərinin olduğunu və mağazada aparılan araşdırma zamanı belə bir hala rast gəlinmədiyini deyib:

"Məlumat bizə daxil olan kimi mağazada eyni adda şokoladlar yoxlanılıb, lakin qeyd olunan hal aşkarlanmayıb. Videoda göründüyü kimi, məhsul 28.03.2018-ci il tarixində paketlənib. Biz istehsalçı şirkətə də bu barədə məlumat verdik.

Marketlərimizdə məhsul satışa çıxarılmazdan öncə istehsalçılardan müvafiq uyğunluq sertifikatlarını tələb edirik. Məhsulun son istifadə tarixi bitmədiyinə görə bu, istehsal problemi ola bilər.

Qeyd edim ki, tərkibində dənli bitkilər və quru meyvələr olan şokoladlara qurd düşməsi hallarına bəzən təsadüf olunur. Biz "Araz” Supermarketlər Şəbəkəsi olaraq bu cür halların yaşanmaması üçün şokoladların saxlanma şəraitinə diqqət edir, vitrinləri hər həftə dezinfeksiya edirik.

Müştəri məmnuniyyətinə önəm verərək, müştərilərə daima keyfiyyətli məhsullar təqdim edir, yüksək xidmət göstərməyə çalışırıq. Hər hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, "Facebook” və "Instagram” səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, baş verən hadisə ilə bağlı onlara şikayət daxil olmayıb. Əgər istehlakçı şikayət məktubu ünvanlayarsa, dərhal həmin məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək:

"Araz” Supermarketlər Şəbəkəsi ölkənin ən böyük mağazalarından biridir. Məhz buna görə də burada istehlakçı hüquqlarının pozulması tez-tez baş verir. Demək olar ki, gündəlik olaraq oradakı malların keyfiyyətsiz olması ilə bağlı bizə şikayətlər daxil olur. Lakin həmin istehlakçının şikayəti bizə daxil olmayıb. Əgər onun tərəfindən bizə yazılı şikayət daxil olarsa, onu araşdıra bilərik”.




VİDEO BURADA




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net