Energetika Nazirliyidə boşalır: Natiq Əliyevin bu idarələrində ixtisarlar
Tarix: 10-01-2017, 08:22 | Çap et
Energetika Nazirliyidə boşalır: Natiq Əliyevin bu idarələrində ixtisarlar
Energetika Nazirliyində də kütləvi ixtisarların olacağı barədə xəbərlər gəlməkdədir

Nazirlikdən sızan məlumata görə, nazirliyin “Dövlət Enerji Nəzarəti” İdarəsi və “Dövlət Qaz Nəzarəti” İdarəsində ixtisarlar gedəcəyi gözlənilir.

İqtisadi böhranın dərinləşməsi və qənaət rejiminə keçid nazirlikdə ixtisarları labüd edib. “Dövlət Enerji Nəzarəti” İdarəsi və “Dövlət Qaz Nəzarəti” İdarəsində işçilərin sayını azaltmaq və bir neçə nəfərin işini bir adamın görməsi planlaşdırılıb.

Bu nazirliyin funksiyalarının bir qisminin Dövlət Neft Şirkətinə (SOCAR) verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamentinin formalaşdırılması ideyası gündəmə gəlib.

Postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Hakim dairələrdə gedən müzakirələrə görə, bu nazirliyin fəaliyyəti həm büdcəyə israfçılıqdır, həm faydalılıq əmsalı aşağıdır.

Sızan məlumata görə,Natiq Əliyevin rəhbərlik etdiyi bu strukturun fəaliyyəti ayrılıqda nəyisə dəyişmir.“Dövlət Enerji Nəzarəti” İdarəsi və “Dövlət Qaz Nəzarəti” İdarələrində ixtisarların başlanması qurumun fəaliyyətini məhdudlaşdıracaq.

Bu nazirliyin ləğvi barədə təklifərdən birini də deputat Zahid Oruc edib. O, parlamentdə belə deyib: “Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir.

Natiq müəllim təcrübəli kadrdır. Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.

Onu da yada salaq ki, Azərbaycanda bir neçə enerji qurumunun birləşdirilməsi təklif olunur.

İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji

Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bir vahid mərkəzə çevrilə bilər. Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib.

REGİON-XEBERLERİ




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net