Daşkəsəndə siyasi möhtəkirlik - Ata bir partiyanın, oğul da bir partiyanın rəhbəridirsə...
Tarix: 16-06-2016, 15:27 | Çap et
Daşkəsəndə siyasi möhtəkirlik - Ata bir partiyanın, oğul da bir partiyanın rəhbəridirsə...
Uzun müddətdir ki, sosial şəbəkələrdə şəxsi maraqlarını təmin etmək üçün daima rayon ərazisində narazılıq yaratmağa çalışan, rayonda heç bir nüfuzu, hörməti olmayan “Ədalət” partiyasının Daşkəsən rayon təşkilatının sədri Elşad Qafarov ictimai-siyasi sabitliyi həmişə seçkilər ərəfəsində pozmağa cəhdlər etməklə tanınmışdır. Bu gün də bəzi saytlarda qərəzli, böhtan dolu, heç bir əsası olmayan məlumatlar yaymaqdadır.
Belə ki, əvvəllər həbsdə olmuş, müxalifət kimi “Ədalət” partiyasının Daşkəsən rayon təşkilatının sədri olan Elşad Qafarov, oğlu Nəsimi Qafarovu da “Vətəndaş Həmrəyliyi Partiyası”nın rayon təşkilatının sədri olmaqla rayonda özlərinin müxalifət kimi şəxsi maraqlarının təmin olunmasına şər-böhtan atmaqla hədə-qorxu gəlirlər.
Onların belə istək və arzuları həyata keçməyəndə bəzi saytlarda və sosial şəbəkələrdə özlərini “insan hüquqlarının qoruyucusu”, “haqları tapdalanan şəxslər” kimi qələmə verirlər. Sözün həqiqi mənasında onlar dəfələrlə dələduzluq və xuliqanlıqla bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, cərimə olunaraq xəbərdarlıq edilmişdir.
Məhz belə özbaşınalığın, xuliqanlığın, qanunlara hörmətsizliyin nəticəsi kimi, “Vətəndaş Həmrəyliyi Partiyası”nın rayon təşkilatının sədri Elşad Qafarovun oğlu Qafarov Nəsimi Elşad oğlu 15.06.2016-cı il tarixdə gecə saat təxminən 01-00 radələrində, sərxoş halda Daşkəsən şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında ictimai yerdə xuliqanlıq edərək ucadan təhqiramiz nalayiq söyüşlərlə vətəndaşları təhqir edərkən polis işçiləri bu sərxoş vəziyyətdə olan Nəsimi Qafarovu qanunun tələblərinə əməl etməyə çağırmış, amma sərxoş halda olan bu şəxs öz qanunazidd hərəkətlərini davam etdirərək, nalayiq söyüş əməllərindən əl çəkməmiş, polislərin qanuni tələblərinə tabe olmamışdır.
Nəticədə rayon Polis şöbəsinin qrup halında əməliyyat heyəti hadisə yerinə gəlmiş, sərxoş, içkili ağır vəziyyətdə olan bu şəxsi xəstəxanaya aparmış və onun tibbi ekspert tərəfindən müayinə edilərək sərxoş vəziyyətdə olması təsdiqlənmiş, oradan isə Polis şöbəsinə aparılmışdır.
Etdiyi bu xuliqanlıq əməlinə görə ictimai yerdə inzibati xəta törətdiyi üçün ona 15 gün müddətində inzibati həbs cəzası verilmişdir.
İşə qanunamüvafiq baxılaraq, ədalətli və əsaslı hüquqi qərar qəbul edilmiş, Nəsimi Qafarov da törətdiyi xuliqanlıq əməllərini özü də təsdiq etmişdir.
Nəsimi Qafarovun törətdiyi bu inzibati xəta ilə bağlı atası və bacısı ayrı-ayrı saytlarda yalan, böhtan, qərəzli yazılar verməklə ictimai fikri çaşdırmaq istəyirlər.
Bunların da etdikləri qanunsuz hərəkətləri bütün rayon ictimaiyyəti və əhalisi bilir. Onların heç bir hörməti və nüfuzu da yoxdur. Özləri də dələduz kimi tanınır. Buna görə də inanırıq ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi hörmətli Sabir Rüstəmxanlı özü də yaxın vaxtlarda bu şəxs barəsində yəqin ki, tədbir görəcəkdir.
Bu ata və oğul siyasi möhtəkirliklə, bir ailədə iki partiyanın rayon təşkilatının rəhbəri kimi uzun müddətdir ki, Daşkəsəndə belə dələduz oyunbazlıqla məşğuldurlar.
DİA.AZ





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net