"Bos Şelf"in fəhlələri yenidən etiraza hazırlaşır
Tarix: 29-02-2016, 10:31 | Çap et
"Bos Şelf"in fəhlələri yenidən etiraza hazırlaşır
Azərbaycanda fəaliyyət göstərən Bos Şelf şirkətinin işçiləri prezident İlham Əliyevə müraciət ediblər. Vertikal.az-a da daxil olan müraciətdə bildirilir ki, şirkətdə işçilərin hüquqları kobud şəkildə tapdanır. Fəhlələrin adından redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, rəhbərlik bir müddət əvvəl əmək haqlarınının artırılrılacağına söz versə də, buna əməl etməyib. Üstəlik işçilərlə kobud davranılır və maaşlar dollarlla hesablanır və köhnə kursla verilir. Yəni devalivasiyadan əvvəl olan kursla aparılır.

"Bos Şelf"in fəhlələri yenidən etiraza hazırlaşır

Bundan başqa şirkətdə ayısekilik edilir. Yerli işçilər ixtisar olunur, xarici vətəndaşların isə sayı artırılır. Azərbaycan vətəndaşlarının maaşları ilə əcnəbilərin maaşları arsında kəskin fərq var. Əcnəbilərə daha çox əməkhaqqı ödənilir. Bütün bunlar isə şirkətdə ciddi narazılıq yaradıb və fəhlələri üsyan həddinə çatdırıb. Haqsızlığa etiraz edənlərə isə “gedin kimə istəyirsiniz şikayət edin” deyilir. Şirkətin fəhlələri prezident İlham Əliyevə müraciət edərək ondan kömək istəyirlər. Fəhlələr inanırlar ki, prezident onların bu müracəitini nəzərə alacaq və Bos Şelfdəki vəziyyəti nəzarətə götürəcək.

Qarşı tərəfin mövqeyini yaymağa hazırıq.




Fəhlələrin 18 mart 2013-cü il tarixdəki üsyanının videosu




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net