İcra başçısının hobbisi: bacanaq, qayın və kənardan gətirdiyi kadrları... - Ziyalılardan sensasion MÜRACİƏT
Tarix: 11-02-2016, 10:01 |
Çap et
Bərdə rayonunun bir qrup ziyalısı rayonda baş alıb gedən haqsızlıqlar və qanunsuzluqlar barədə Prezident İlham Əliyevə və bütün aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlayıblar.
Surəti Mia.az-a göndərilən məktubu olduğu kimi təqdim edirik:
"Cənab Prezident!
Bərdə əhalisi ümummilli liderimizin və onun layiqli davamçısı olaraq Sizin yürütdüyüz daxili va xarici siyasəti daima dəstəkləmis və dəstəkləməkdədir.
Bərdə əhalisi tarixən dövlətə və dövlətçiliyə həmişə sədaqətli olmuşdur. Bərdəlilər el dili ilə desək həmişə H.Əliyev dühasının ayaqını qoyduğu yerə başlarini qoymuslar. Onlar bunu dəfələrlə öz əməlləri ilə sübut etmişlər.
İkinci dəfə Azərbaycan dövlətinin başına gələrkən "Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyərək əzəmətli və monolit bir hökumət formalaşdıran Ulu Öndərimiz bilmirdi ki, yaratdığı hökumətdə V.İsayev kimi korrupsionerlər, dövlətimizin ayağının altını qazıyan və xalqın hüquqlarını tapdalayanlar gəlib yer alacaqdır.
İndi rayonda təsəvvürə gəlməz dərəcədə baş alıb gedən haqsızlıqlar əhalini necə cana doydurubsa, onlar Sizə və ölkənin digər yuxarı orqanlarına müraciət etmək məcburiyyətində qalaraq, bu müraciəti qəbul ediblər.
İcra başçısı Vidadi İsayev sanki uzun illər Bərdə əhalisini yaman günə qoymağı, onları qul kimi işlədib istismar etməyi, dövlətdən narazı salmağı qarşısına məqsəd qoyubmuş. Bərdədə fəaliyyətə başladığı gündən V.İsayev bu işləri qəsdən, bilə-bilə, planlı surətdə həyata keçirməyə başlamışdır. O məqsədli şəkildə yerli kadrları cürbəcür bəhanələrlə işdən kənarlaşdırmış, öz çirkin və qanunsuz əməllərini sərbəst həyata keçirmək üçün respublikanın başqa bölgələrindən özünə münasib olan adamları gətirib yerləşdirmişdir.
Belə ki, rayona Icra Hakimiyyətinin başçısı kimi gələndə özü ilə Tərtər rayonundan İsmayılov İskəndəri sənədlərlə iş şöbəsinə müdir, Tərtər rayonundan Bəylərov Zauru köməkçi (indi Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir), Zaurun qayınatasını komendanta nəzarətçi və qayınanasını özünə yemək bişirən, Zərdab rayonundan qayını Bünyatov Çingizi isə özünə sürücü, Yevlax şəhərindən Fərzəliyev Əlini şəhər təsərrüfatı üzrə nümayəndə gətirmişdir. İcra Hakimiyyətinin Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə Salyan rayonundan öz bacısı oğlu Səfərov Natiqi, Sənədlərlə iş şöbəsinə məsləhətçi vəzifəsinə Yevlax şəhərindən Səttarov Mübarizi, Sənədlərlə iş şöbəsinə Şəhər İcra Nümayəndəsinin oğlu Fərzəliyev Fəridi gətirmiş, Telekommunikasiya Qovşağına müdir vəzifəsinə Yevlax şəhərindən Şirinov Nazimi, Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor vəzifəsinə Yevlax rayonundan Məmtiyev Raqufu, Mənzil İstismar Kontorunun müdiri vəzifəsinə Tərtər rayonundan olan Pənahov Raufu, Bərdə Su-kanal idarəsinin müdiri vəzifəsinə Goranboy rayonundan olan Zamanov Vilayəti, Bərdə Ərazi Yer Quruluşu idarəsinin rəisi vəzifəsinə Tərtər rayonundan olan Cəfərov Təbibi, Torpaq şöbəsinin müdiri vəzifəsinə Salyan rayonundan Şirinov Yaşarı, Bərdə Loqistik kübrə bazasına Yevlax rayonunda işdən qovulmuş Rüstəmov Sürəddini təyin etdirmişdir.
Siyahını yenə uzatmaq olar. Dəhşət ondan ibarətdir ki, onun özü ilə gətirib təyin etdiyi adamlar heç nəyə yaramayan adamlardı. Sanki V.İsayev Bərdəyə gələndə and içib ki, rayonda bir nəfər də olsun savadlı və qabiliyyətli yerli kadr qoymayacam (həttə onlar Ali partiya təhsilli olsalar belə), rayonda yerli kadr işləyə bilməz.
O, qanunsuz əməllərini tam sərbəst olaraq həyata keçirmək üçün özünün birinci müavini ilə qohumluq əlaqəsinə girmişdir.
Rayonda rəsmən Vidadi İsayev İcra Hakimiyyətinin başçısı olsa da, rayona özü ilə gətirdiyi bacanağı Mahmud (haradan gəldiyini bilmirik) və qayını (həmçinin sürücüsü) Çingiz başçılıq edir.
V.İsayev bacanağını rəhbər vəzifəyə təyin etməsə də ona elə müstəsna səlahiyyətlər vermişdir ki, o bundan maksimum faydalanmış, rayonu çapıb talamış, özünə hər cür şərait yaratmış, xalqı acınacaqlı vəziyyətə gətirib çıxartmışdır. Camaat bu ləlöyünlərin əlindən cana doyub, bilmir nə etsin. Özlərinin çapıb talamaları azmış kimi, Yevlaxda yaşayan Nazim adlı qayınına tikdirdiyi imarətin qum-çınqılını da Bərdədə olan karyerlərdən pulsuz daşıtdırmışdır(şahidlər var). Hələ bir köməkçisi var idi- Bəylərov Zaur ( indi şöbə müdiri təyin edib) - onlardan da betərdi. Bir sözlə bu adamlar Bərdə camaatının canını boğazına yığıblar.
V.İsayev Bərdə əhalisinin min zillət hesabına tikmiş olduqları obyektlərini qanunsuz tikili adı altında sökdürərək dağıtdırmış, sonradan həmin əraziləri başqalarına baha qiymətə satmışdır. Eyni zamanda özləri üçün cürbəcür obyektlər tikdirmişdir ki, hansı ki, o obyektlərin dəyəri neçə yüz min manatlarla ölçülür. O, bəzi bələdiyyə torpaqlarını qanunsuz olaraq öz qohumlarının adına özəlləşdirmiş, bələdiyyələrə ayrılan dotasiyaların yarısını alıb mənimsəmişdir.
Rayonda olan dövlət qulluqçularını, təhsil, səhiyyə, mədəniyyət işçilərini və digər büdcədən maliyyələşən təşkilatlardakı adamların hamısını Vidadi İsayev qəsdən qul kimi işlədərək, ondan zövq almışdır. Bu adamlarla elə rəftar etmişdir ki, heç elə bil bunlar uzun illər təhsil almış ziyalılar yox, küçə adamlarıdır. Sanki Bərdə ziyalılarını alçaltmaq onun həyat amalı imiş. O, bu adamlara küçə və meydanları, magistral yolları süpürtdürməklə yaşıllıqları becərtdirmiş, onlara öz xidməti vəzifələrini icra etmək əvəzinə, fəhləlik etdirmişdir. Əgər yuxarıda sadalanan işləri bu adamlar görəcəkdilərsə, bəs görəsən rayonda bu işləri görməlii olan Kommunal müəssisəsi, Mənzil İstismar kontoru və Yaşıllaşdırma idarələri nə işlə məşğuldur? Onlara ayrılan vəsaitlər hara sərf olunur?
Dəhşətli hal ondan ibarətdir ki, 18-20 il təhsil almış ziyalılarının qul kimi işlədilməsi barədə dəfələrlə yuxarı orqanlar qarşısında məsələ qaldırılmasına baxmayaraq, heç yazılanlara reaksiya verən belə olmamışdır. Sanki, bu bədbəxtlər elə belə əzab çəkib, qul kimi işləməliymişlər.
Bildiyiniz kimi işçilərə verilən əmək haqqı toxunulmazdı. Əmək haqqından dövlət tərəfindən xüsusi qərar olmadan gəlir vergisindən başqa heç bir manat da olsun pul tutula bilməz. Lakin V.İsayev burada da tamahını saxlaya bilməyərək öz mənafeyi naminə qanunu pozmaqdan belə çəkinməmiş, idarə və müəssisə rəhbərlərinə Qarabağ Əlilləri və Şəhid Ailələrinə yardım etmək adı altında işçilərin əmək haqqından könüllü olaraq 1,0 % tutulması haqqında ərizə almağı tapşırmışdır.
Nəzərə alsaq ki, Bərdə rayonunun idarə və müəssisələrində on bir minə yaxın adam işləyir və hər ay əmək haqqı olaraq 2,0 milyon manatdan artıq vəsait sərf olunur, onda aylıq yığılan vəsaitin nə qədər olduğu aydın görünər. Onun işlədiyi bu dörd il yarımda hər ay mütəmadi olaraq bütün işçilərdən tutulmuş 1,0%, yəni – cəmi təxminən 1,0 milyon manata yaxın vəsait Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin hesabına köçürülmüşdür. Oradan isə bu pulların hara xərcləndiyi məlum deyildir. Yalnız o məlumdur ki, pullar V.İsayevin şəxsi göstərişinə əsasən xərclənmişdir.
Rayon ağsaqqalları dəfələrlə Vidadi İsayevin yanına gedib ona etdiyi qanunsuzluqlardan və çirkin əməllərdən əl çəkməyi tövsiyyə etmiş, əhalini dövlətdən narazı salmamağa çağırmışlar. Lakin, o deyilənlərdən nəticə çıxarmaq əvəzinə daha da aqressivləşmiş, neqativ əməllərinin çeşidini genişləndirmiş və əhalini daha qəddarcasına əzməyə başlamışdır.
2011-ci ilin martında Bərdə rayon İcra Hakimiyyətinə başçı təyin olunan V.İsayev elə danışmağa başladı ki, Bərdəlilər onu əsl H. Əliyevçi kimi qəbul etdilər. Əməllərini həyata keçirməyə başlayanda isə, gördüklərindən təəcübləndilər və aldandıqlarını başa düşdülər. Uzun izahata ehtiyac yoxdur. Aşağıda təhlilini verəcəyimiz hesabatlara aydınlıq gətirmək üçün Bərdə şəhərinin mərkəzi prospekt və küçələrinin (yəni görülmüş işlər əsasən bu prospekt və küçələrdə görülmüşdür) üzünlüğünü diqqətinizə çatdırırıq: H.Əliyev prospekti böyük dairədən 2 nömrəli pambıqtəmizləmə zavodunun yanınadək olan ərazini əhatə edir ki, uzunluğu 6,0 km – dir. Böyük dairədən başlayan Bakı küçəsi 3,7 km, Koroğlu küçəsi 2,1 km, H.Aslanov küçəsi İ.Qayıbov küçəsi ilə birlikdə 2,0 km, M.Ə.Sabir küçəsi isə 1,0 km-dir.
Faktlara keçək:
Bərdənin "büdcə terroru” buradan başlanır:
2011- 2014 -cü illərin yekunları ilə əlaqədar V.İsayevin hesabatlarından:
Şəhərin mərkəzi küçələrində 185,0 min kv metrdən çox hasar hörüldüyü, 129,4 min kv metr aqlay, 50,0 min kv metr suvaq vurulduğu, 73,6 km dəmir-beton, 2460 p/m qranit bordyor düzüldüyü, 12,2 min kv metr qranit üzlük çəkildiyi, 172,2 min kv metr tamet döşəndiyi, Şəhərin prospekt və küçələrinə 110,2 min kv metr asfalt qoyulduğu, müasir üslubda 44,8 min kv metr dam örtüyü vurulduğu göstərilmişdir. Aparılmış hörgülərə 3,6 milyon ədəd mişar daşı, 60,0 min kub metrdən artıq qum – çınqıl işlənildiyi bildirilmişdir.
V.İsayev hesabatlarında şəhərin küçələrinə 185,0 min kv metr hasar hördüyünü göstərmişdir. Bu hündürlüyü iki metr olan 92,0 km divar deməkdir. Bakı və Koroğlu küçələrinin (5,8 km) Bayraq meydanından başlayaraq dairəvi olaraq çaylaq daşından hörgü ilə hasara alındığını həzərə alsaq, başqa bir mənzərə ilə üzləşərik. Onda belə çıxır ki, Bərdə şəhərinin heç bir küçəsində hasar olmamışdır. Eyni zamanda 76,1 km bordyor düzdüyünü,
172,2 min kv metr tamet döşəndiyini və 44,8 min kv metr müasir dam örtüyü vurulduğunu bildirmişdir.
Deməli, hesabatlardan belə görünür ki, şəhərin mərkəzi hissəsində nə küçə səkiləri və səkilərin "bort” daşları yox imiş. Sən demə şəhərdə olan kommunal binaların damları örtüksüz olublar. Əgər şəhərdə olan bütün inzibati və kommunal binaların hamısının dam örtüyünü dəyişsəydin belə, yenə də onun hesabatlarda göstərdiyi kimi 44,8 min kv metr ola bilməzdi,
Göstərilənlərdən belə nəticəyə gəlinir ki, V.İsayev bilə - bilə görülmüş işləri qəsdən şişirtmiş, bununla da öz şəxsi maraqları naminə dövləti və ictimaiyyəti aldatmışdır.
Dəhşət ondan ibarətdir ki, O şəhərin heç bir küçəsinə asfalt döşəmədiyi halda şəhərin Vaqif, Xəqani, Təbriz, Vəzirov, Pişəvəri,Tağıyev, Nüşabə, Fizuli, C.Cabbarlı və Ə.Əbilov küçələrində asfalt döşəndiyini göstərmişdir.
Hansı ki, Vaqif, Xəqani, Təbriz, Nüşabə, Fizuli və C.Cabbarlı küçələrinə asfaltı ondan əvvəl İcra Hakimiyyəti başçısı döşətdirmişdir. O bunları bilərəkdən öz adına çıxmışdır. Vəzirov, Pişəvəri, Ə.Əbilov, Tağıyev küçələri isə ümumiyyətlə asfaltsızdır (hər şeyi yerində araşdırmaq mümkundür).
Hesabatlarında O, 60,0 min kub metrdən artıq qum-çınqıl işləndiyini bildirmişdir. Lakin həmin qum-çınqılın haradan götürüldüyünü, götürülmüş qum – çınqılın pulunun ödənib-ödənməməsini göstərməmişdir. Həqiqətdə isə o qum – çınqılı Bərdədə fəaliyyət göstərən 4 qum-çınqıl karyerlərindən götürmüş və onların heç birinə bir manatda olsun vəsait ödəməmişdir. Sual olunur, bəs görəsən qum çınqılın pulu kimin hesabına ödənmişdir ?(prodsedur qaydalarını biz bilirik).
V.İsayev öz şəxsi ambisiyalarını bilərəkdən dövlət maraqlarından üstün tutmuş, yerli sahibkarları, iş adamlarını dövlətdən narazı salmağa çalışmışdır. Belə ki, O yerli karyerlərdən götürülmüş olan qum-çınqılın pulunu ödəməmiş, sahibkarlara məxsus obyektlərin fasad hissələrinə sahibkarların özlərinə aqlay vurdurmuş, obyektlərinin qarşı hissəsindəki səkilərə tamet döşənməsini onların şəxsi vəsaitləri hesabına etdirmişdir. Hansı ki, o işlərin görülməsinə möhtərəm cənab Prezident tərəfindən kifayət qədər pul vəsaiti ayrılmışdır.
Hesabatlarında Bərdə-Tərtər avtomobil yolunun 1,5 km məsafədə genişləndirildiyini, H.Əliyev prospekti, Bakı, Koroğlu küçələrinin başdan - başa asfaltlaşdırıldığını göstərmişdir. Hansı ki, o yollar Nəqliyyat Nazirliyinin balansındadır və RİH-ti bura vəsait xərcləyə və müdaxilə edə bilməz.
Satınalmalar üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən güya 2014 – cü ildə Bərdə şəhərinin küçələrində "İnstal - Servis MMC” tərəfindən 593,8 min manat dəyərində 27.0 min kv metr asfalt salındığı və 621997 manatlıq digər abadlıq işləri görüldüyü bildirilmişdir. Həqiqətdə isə 2014–cü ildə şəhərdə bir kv metr də olsun asfalt salınmamışdır. Bəs görəsən həmin 593,8 min manat vəsait hara sərf olunub?
V.İsayev etdiyi saxtakarlıqların bir hissəsini özünün şəhər üzrə nümayəndəsi Fərzəliyev Əlinin vasitəsi ilə etmişdir. Belə ki, 2014-cü ildə şəhərin heç bir küçə və prospektinə asfalt döşənmədiyi halda, Əli Fərzəliyevin İcra Hakimiyyətinə təqdim etdiyi saxta arayışla səhərdə güya asfalt döşəndiyi bildirilmişdir.(Arayışların surəti əlavə olunur).
Hansı ki, İcra Hakimiyyətinə təqdim edilmiş həmin arayışlar əsasında 2014-cü ilin mart və aprel aylarında rayonda görülmüş abadlıq və quruculuq işləri barədə Prezident Aparatına saxta məlumat verilmiş və bununla da Dövlət aldadılmışdır.
O, hesabatında sahəsi 2,0 hektar olan rayonun Mərkəzi Meydanının tikildiyini bildirmişdir. Halbuki, Bərdə şəhərində rayonun Mərkəzi Meydanı yoxdur. Bura İcra Hakimiyyətinin və H.Əliyev Mərkəzinin ətrafı idi. İndiki qədər gözəl olmasa da kifayət qədər səliqəli və abad idi. Əhali bu yoldan istifadə edirdi.
V.İsayevin Mərkəzi Meydan əməliyyatı RİH-ni əhalidən təcrid etmiş, buraya gəlməyi çətinləşdirmiş, yolu bağlamış, ümumən şəhərin mərkəzindəki kuçə yollarının süni şəkildə yüklənməsinə gətirib çıxartmışdır. İcra Hakimiyyətinin binasını sanki "gestapo”nun binasına çevirmişdir. Hansı ki, bütün dövlət orqanları xalqa xidmət etmək üçündür.
V.İsayev xalqımızın mənəvi dəyərlərinə də hörmətsizlik etmişdir. Ölkəmizin müstəqilliyi yolunda canlarını qurban vermiş 20 yanvar şəhidlərinin ruhunu təhqir etmiş, onların xatirəsinə salınmış parkı və abidəni məhv etmişdir. Abidədə olan yüzlərlə ağacları o qəddarcasına diri-diri torpaq altında basdırmışdır. Heç düşməndə bu hərəkəti etməzdi ki, V.İsayev bunu etmişdir.
Bərdə rayonuna İcra Hakimiyyətinin başçısı kimi işə başlayan V.İsayevin əməllərindən biri də qədim Bərdənin sikkəxanasının qalıqları aşkar edilmiş qazıntını məişət tullantıları ilə dolduraraq məhv etməkdən ibarət olmuşdur.
Mən tarixçiyəm, Bərdənin tarixi elə də qədim deyildir – deyərək, tariximizi məhv etməyə başladı.
Halbuki, həmin qazıntıya Möhtərəm cənab Prezident də baxmış və hətta yüksək idarələrə Bərdənin tarixinin araşdırılması barədə göstəriş də vermişdi.
Bunun üçün Bərdədə simpozium da keçirilmiş və burada çıxış edən xarici ölkə tarixçilərindən bəziləri Bərdənin tarixinin 3000 ili keçdiyi barədə tarixi faktların olduğunu qeyd etmişdilər.
V.İsayevin yuxarıda qeyd etdiyimiz fikrindən sonra bu sahədə aparılan işlər tamamilə dayandırıldı.
1941-ci ildə mühasirədə olan Leninqradda yubileyi keçirilən dünyanın ən möhtəşəm mütəfəkkir şairlərindən biri olan dahi Nizami Gəncəvinin adı Bərdədən yox edildi. Adını daşıdığı küçədən lövhələr yığışdırıldı, adına olan kinoteatr söküldü, heykəli zibilliyə atıldı və bununla da Bərdənin adını dünyada məşhurlaşdırmış dahi Nizaminin adı V.İsayevin "qəhrəmanlığı” sahəsində Bərdə tarixindən silindi. Əvəzində Bərdənin küçələrinə vəhşi heyvan heykəlləri ucaldıldı.
Acınacaqlıdır – deyilmi?
Hesabatında V.İsayev H.Əliyev adına park-bulvarda 54,0 min kv metr ərazinin hazırlandığını, əraziyə 192,0 min kub metr torpaq, 18,0 min kub metr ballast qatı verildiyini göstərmişdir.
H.Əliyev adına park bulvar vaxtı ilə ulu öndərimizin göstərişi ilə 1941 – 1945 –ci illərdə faşizmə qarşı müharibədə həlak olmuş Bərdəlilərin xatirəsini əbədiləşdirmək üçün 1978 – ci ildə yaradılmışdır. Oradakı Ana heykəli V.İsayev tərəfindən götürülən vaxta qədər istifadə olunan Abidə kompleksinin yeri, şimal hissəsindəki hasarın sökülərək genişləndirilmiş ərazisinin əsas quruluşu və görünüşü saxlanılıb. Genişləndirilmiş ərazinin relyefi isə hasarın içəri hissəsindəki ərazinin horizontal yüksəkliyi ilə demək olar ki, adekvat olub. Onda suallar yaranır: 192,0 min kub torpaq haradan götürülüb və haraya tökülüb, hansı nəqliyyat vasitəsi ilə yığılıb və daşınıb?
Bu miqdarda torpaq 54,0 min kv metr ərazinin 4 metr və ya 9.6 hektar ərazinin 2 metr yüksəlməsi deməkdir.
Park bulvarın ərazisinin əsas iş görülən və horizontal yüksəklik fərqi olan ərazisi heç 8 hektarda deyil. Bunu şəhərin keçmiş və yeni Baş planındakı sənədlərdən və ya horizontal qiymətləndirməsi olan ərazi xəritələrdən baxıb öyrənmək olar.
2013-2018-ci illərdə "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı” çərçivəsində rayonda əkin sahələrinin suvarılması məqsədilə nəzərdə tutulmuş 20 ədəd subartezian quyularından 3(üç) ədədini əkin sahələrinin suvarılması üçün yox, özünə lazım olan yerlərdə vurdurmuşdur. Belə ki, subartezian quyusunun birini öz qohumu Eldarın adına Samux kəndində qeyri qanuni yaratdığı 10 ha balıq gölünün kənarında, başqa bir digərini Gərənə kənd bələdiyyəsinin Bərdə- Yevlax şosse yolunun kənarında olan, yenə də özünün qohumunun adına qeyri-qanuni özəlləşdirdiyi obyektin yanında, üçüncü subartezian quyusunu isə Təhsil şöbəsinin arxasına vurdurmuşdur ki, bu subartezian quyularının qarşısında da heç bir əkin sahələri yoxdur.
Hesabatında V.İsayev gündəlik olaraq 377,0 min kv metr ərazinin süpürüldüyünü göstərmişdir.Hansı ki, şəhərin asfalt olan küçələrinin ərazisinin cəmi göstətilən rəqəmin heç 50% -i qədər də deyil.
Faktiki olaraq gündəlik H.Əliyev prospektinin bir hissəsi, İ.Qayıbov və H.Aslanov küçələri, Nüşabə küçəsinin bir hissəsi, Koroğlu küçəsi və prospektin kəsişməsindəki Mərkəzi dairə süpürülür.
Şəhər küçələrinin 90% -ə qədəri ümumiyyətlə süpürülmür. Bəzi mərkəzi küçələr isə ayrı - ayrı idarə və müəssisələrin işçiləri tərəfindən süpürülür.
Bərdə rayonunda əldə etdiyi qanunsuz pullar onun gözünü necə örtübsə, O, həttə ictimaiyyət qarşısında çəkinmədən belə, mən heç kimdən qorxmuram.- deyir. "Qaliblər mühakimə olunmur”, gedin kimə şikayət edirsiniz, edin – deyir. Bəs görəsən "cənab” Vidadi İsayev kimin üzərində qələbə çalıb? Bəyəm Bərdə rayonunun əhalisi başqamı millətdəndir?! Yoxsa onun özü başqa millətdəndir?!
Bərdə rayonundan yığdığı qanunsuz pullar hesabına O, Yevlax şəhərində öz qonşuluğunda olan 3-4 məhləni alaraq öz həyətinə qatmış və
orada böyük bir imarət tikdirmişdir. Hansı ki, V.İsayevin əmək haqqı 1200 manatdan bir qədər artıqdır. Bu əmək haqqı ilə belə bir imarət tikdirmək mümkündürmü?!
V.İsayevin qanunsuz əməllərinə göz yumulması, deyilənlərə reaksiya verilməməsi onu göstərir ki, onun etdiyi qanunsuzluqlar yüksək səviyyədə müdafiə olunur, doğrudan da ona heç kimin gücü çatmır və onun dediyi öz təsdiqini tapır. Belə ki, dəfələrlə teleqramlarla Hesablama Palatasının sədrinin ünvanına müraciətlər edərək, onun Bərdə rayonunda yoxlama aparan nümayəndələrinin düzgün, obyektiv yoxlama aparmadıqlarını bildirməyimizə baxmayaraq, heç müraciətlərimizə cavab belə verməmişdir. Hansı ki, onun qanunsuz əməllərini yuxarıda sadalamışıq. Hesablama Palatası tərəfindən Bərdə əhalisinə olunan bu hörmətsizlik onu deməyə əsas verir ki, Hesablama Palatasının işçiləri də Vidadi İsayevlə əlbir olub, onun qanunsuz əməllərinə göz yumublar.(Hesablama Palatasının ünvanına göndərdiyimiz dördüncü müraciətin surəti əlavə olunur).
Bəyəm ölkə qanunları V. İsayevə və onun havadarlarına şamil edilmir?! Ölkə hansı qanunlarla idarə olunur?!
Damarında müsəlman qanı axan birisi V.İsayevin etdiyi qanunsuzluqların heç birini edə bilməz və öz millətinin ziyalılarının şərəf və ləyaqətini alçaltmazdı. Çünki ona bu hərəkətləri etməyə qanı imkan verməzdi. Ona görə də onun genini yoxlatmaq lazımdır ki, bilək görək bu hansı millətin nümayəndəsidir.
Cənab Prezident!
Sizdən Bərdə əhalisi adından artıq dərəcədə xahiş edirik bizim yazdıqlarımızı ictimaiyyət nümayəndələrinin iştirakı ilə yoxlatdırın. Onun gördüyü qanunsuz işlər araşdırılsın və mətbuat vasitəsi ilə işıqlandırılıb ictimaiyyətə çatdırılsın.
Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.
İ M Z A L A R:
1. Abbasov Abbas Şəxs.vəs. AZE 03597585
2. Həsənov Rüstəm AZE 04980627
3. Baxşalıyev Şahlar AZE 06886009
4. Əliyev Yusif AZE 04473783
5. Cavanşirov Elşən AZE 14283446
6. Mamayev Zəfər AZE 14256119
7. Məmişov Fazil AZE 08562283
8. Sadıqov Əli AZE 04848136
Bizim ünvanlarımız:
1. Bərdə rayonu Şorəlli kəndi : tel. 050-407-96-46
2. Bərdə şəhəri Ə.Ədilov küç.7: tel. 050-320-38-03
3. Bərdə rayonu Gərənə kəndi: tel. 050-351-56-76
6. Bərdə şəhəri H.Aslanov küç. Tel. 050-862-08-41
8. Bərdə şəhəri Z.Tağıyev küç. Tel. 050-562-28-18.
P.S. Yazıda adları hallananların da mövqeyini dərc etməyə hazırıq.