Alkoqolun orqanizmə vurduğu zərərin təsirini azaltmaq mümkündür
Tarix: 20-03-2021, 07:54 | Çap et
Alkoqolun orqanizmə vurduğu zərərin təsirini azaltmaq mümkündür
“Alkoqolun təsirini azaltmaq üçün arağı alkoqolsuz içkilərlə qəbul etmək tövsiyə olunur”.

“Report”un məlumatına görə, bunu psixiatr və narkoloq Aleksey Kazançev “Sputnik” radiosuna verdiyi müsahibədə deyib.

“Arağı içdikdən sonra maddələrin tarazlığını qorumaq üçün, məsələn, bir qurtum su içməlisiniz. Beləliklə, alkoqolun bədənə dağıdıcı təsirini müəyyən dərəcədə azaldacaqsınız. Bu, alkoqolun su-elektrolit balansını pozduğu, susuzlaşdırıcı təsirə malik olduğu, kalium, natrium, maqnezium və kalsiumu xaric etdiyi üçün lazımdır”.

Onun sözlərinə görə, spirtli içkini şirin qazlı sularla qəbul etmək düzgün deyil:

“Bu, vəziyyəti daha da pisləşdirəcək, intoksikasiyanı artıracaq və baş ağrısına səbəb olacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net