Rusiyalı mütəxəssis: "Koronavirusla bağlı vəziyyətin 5 il davam edəcəyi proqnozlaşdırılır"
“Koronavirusla bağlı vəziyyətin növbəti 5 ildə də davam etməsi proqnozlaşdırılır”.
APA-nın məlumatına görə, bu barədə Rusiyanın Yoluxucu xəstəliklər mütəxəssisi Yevgeni Timakov koronavirusla bağlı vəziyyəti şərh edərkən deyib.
O, bütün virusların daima mutasiya etdiyini önə çəkərək, bu fonda koronavirusu da istisna etməyib. Mütəxəssis qeyd edib ki, koronavirusun mutasiya etməsi bir o qədər də təhlükəli deyil: “COVID-19 da mutasiya edir, onun genetik dəyişikliyə uğraması o qədər də əhəmiyyətli deyil”.
Y.Timakovun sözlərinə görə, koronavirus infeksiyasının mutasiya prosesi hər halda 5-7 il davam edəcək: “Daha çox yoluxucu olacaq, lakin daha az fəsadlara səbəb olacaq. Hazırda biz bu prosesin Böyük Britaniyada baş verdiyini müşahidə edirik. Dəyişiklikdən sonra yeni virusun yoluxma faizi 70-dən daha çoxdur, lakin şiddəti, ağırlaşdırıcı əlamətlərinə dair heç bir dəlil yoxdur”.