Beynəlxalq alimlər qrupu 2000-2016-cı illərdə təkcə Çində havanın çirklənməsi səbəbindən 30,8 milyon insanın öldüyünü müəyyənləşdirib.
Bu barədə “Proceedings of the National Academy of Sciences” xəbər yayıb.
Tədqiqatçılar Çinin müxtəlif bölgələrində atmosferdəki çirklənmə səviyyəsini təyin etmək üçün NASA-nın peyk şəkillərini araşdırıblar. Mütəxəssislər yerüstü stansiya tullantılarını, fabriklərin və magistral yolların yerləşmə xəritələrinin məlumatlarını da təhlil ediblər.
Hesablamalar göstərib ki, 2000-2016-cı illərdə hava çirklənməsi səbəbindən Çində hər il 1,5-dən 2,2 milyona qədər insan ölüb.
Qeyd olunur ki, hava çirkliliyi dünyada hər il 8,8 milyon insanın erkən ölümünə səbəb olur.