Azərbaycan pandemiya ilə bağlı ən təhlükəsiz ölkələr siyahısına daxil edilib
Tarix: 8-09-2020, 13:01 | Çap et
Azərbaycan pandemiya ilə bağlı ən təhlükəsiz ölkələr siyahısına daxil edilib
“Deep Knowledge Group” təşkilatı koronavirusla bağlı vəziyyət baxımından dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb.

“Report” “Forbes”a istinadən xəbər verir ki, təşkilatın apardığı araşdırma 100 ölkəni əhatə edib.

Azərbaycan siyahıda 59-cu yeri tutub.

Qonşu ölkələrdən Türkiyə 36-cı, Gürcüstan 40-cı, Rusiya 45-ci, Ermənistan isə 73-cü sırada qərarlaşıb.

Ən təhlükəsiz beş ölkə kimi Almaniya, Yeni Zelandiya, Cənubi Koreya, İsveçrə, Yaponiya göstərilib.

Koronavirusun yayılması baxımından ən çətin vəziyyət Somalilend, Cənubi Sudan, Əfqanıstan və Malidədir.

Araşdırma müəllifləri bildiriblər ki, reytinq bir sıra tibbi, iqtisadi və siyasi aspektlər nəzərə alınaraq tərtib edilib.




Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net