Smartfona hücumun ilk əlamətləri açıqlandı
Tarix: 27-08-2020, 07:52 | Çap et
Smartfona hücumun ilk əlamətləri açıqlandı

Smartfona hücumun ilk əlaməti cihazın normal işləmədən yayınmasıdır.

“Praym” bu barədə baş məsləhətçi Elena Aqeyevanın açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, smartfon öz-özünə yanıb-sönməyə başlayırsa və ya onda yeni tətbiqlər peyda olursa, sahibi narahat olmalıdır.

Batareyanın tez zəifləməsi, istifadə edilmədiyi zaman cihazın isinməsi və heç bir səbəb olmadan internet trafikinin artması hücumun əlamətləri sayılır.

Bundan əlavə, istifadəçi tərəfindən edilməmiş gedən və ya gələn zənglər də smartfona hücum deməkdir.

Eyni zamanda, zəng zamanı ünsiyyətdə problemlər - abunəçi ilə əlaqənin gec saxlanılması, müdaxilə və səs-küy də şübhə doğuran səbəblərdir.

Hücumun hansısa əlamətləri görünən zaman quraşdırılmış tətbiqlərin siyahısını baxmaq, istifadə edilməmiş və ya şübhəli olanları çıxartmaq, həmçinin zəng yönləndirməsini və SMS mesajlarını deaktiv etmək lazımdır. Bir profilaktik tədbir olaraq, ictimai Wi-Fi şəbəkələrinə qoşulmamaq, vaxtaşırı cihazın virus tətbiqetməsini yoxlamaq, qeyri-rəsmi mənbələrdən tətbiqlər yükləməmək tövsiyə edilir.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net