Hərbi qurumda işləyənlərin tən yarısı hərbiyə yararsız imiş... - SİYAHI AÇIQLANDI
Tarix: 7-12-2015, 10:23 |
Çap et
Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı şok informasiya daxil olub. Belə ki, DİA.AZ-ı bilgiləndirən mənbənin söylədiklərindən belə aydın olur ki, bu gün Azərbaycanda gəncləri orduya cəlb edən və müharibə şəraitində yaşayan bir ölkənin mühüm strateji strukturu hesab olunan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışan zabit heyətinin demək olar ki, tən yarısı ya əlildir, ya da hərbiyə yayarsız.
Bununla bağlı DİA.AZ-a məlumat verən qaynaq bildirir ki, Nazirlər Kabinetinin 59 saylı qərarının ziddinə olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırda 35-40-a yaxın zabit işləyir ki, onlar əlillərdir və yaxud da orduya yararsızlar. Əmək qabiliyyəti olmayanlardan bizklərinin dalarını açıqlayan mənbə bildirir ki, bu işdə, bu heyətin formalaşmasında birbaşa olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və onun maddi maraqları səbəbkar kimi çıxış etməkdədir. Beləliklə siyahını təqdim edirik:
"- Şamaxıya hazırda mülki işçi götürüblər, 2-ci qrup əlildir. Pensiya alır… Hərbi qulluqçu kimi… Halbuki buna qədər həmin şəxs Qusar şöbəsində əvvəllər zabit kimi işləyirdi və məhz əlilliyinə görə, işdən çıxarılmışdı…
- Xidmətin aparatının özündə məxfi hissənin rəisi postunu tutan Ramil Əsədov Sərhəd Qoşunlarından xəstəlik səbəbindən tərxis olunub. Arzu Rəhimov köhnə iş yoldaşını ora gətirərək rübtə verib, işlədir…
- Nərimanov rayon şöbəsinin rəisi də hərbi xidmətə yararsızdır, ayağının yarısı yoxdur… Rəis Qəşəm Mahmudovun bir ayağı protedir…
- Şəki şöbəsinin rəisi Asəf müəllimin də ayağının yarısı yoxdur, Qarabağ əlilidir…
- Nizami rayon şöbəsinin rəisinin beyin hissəsində plastmass yerləşdirilib
- Binəqədi şöbəsinin rəisi Mehman müəllimin ürəyində 3 stend var
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətimin aparatında çalışan Cahangir müəllim, səfərbərlik idarəsinin rəis müavini postunu tutur... ayağının biri yoxdur, ürəyində stend var…
- Balakən şöbəsinin rəisinin dabanı yoxdur… Fuad müəllim komissiyadan keçərkən ona xəstəlik şəhadətnaməsi tərtib olunub. Amma buna baxmayaraq vəzifə başındadır. Onu Ağsuda Qlükoza zavodunun direktoru işləyən yaxını xahiş etdiyinə görə, işini davam etdirir"…
Mənbə bildirir ki, adları çəkilənlər və digərləri hərbi xidmətə qeydiyyatdan silinməklə yararsız hesab olunduqlarından onların bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmalarının özü belə qanunların pozulması anlamına gəlir...
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...