Xaricdən onlayn sifariş edənlərin NƏZƏRİNƏ
Tarix: 30-12-2020, 20:52 | Çap et
Xaricdən onlayn sifariş edənlərin NƏZƏRİNƏ

Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.

Bu barədə komitədən məlumat verilib.

Xatırladaq ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı “Smart customs” mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub “Ana səhifə”dəki “Sadələşdirilmiş bəyannamə-Elektron ticarət” bölməsini seçməklə xidmətdən yararlanmaq olar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net