“Gələcək neft və qazda deyil” - Dövlət başçısı
Tarix: 23-01-2018, 15:07 | Çap et
“Gələcək neft və qazda deyil” - Dövlət başçısı
“Bu gün qeyri-neft sektor bizim ÜDM-nin 17 faizini təşkil edir. Bizim əsas hədəfimiz ixracatımızda qeyr-neft sektorunu şaxələndirməkdir”.

Vertikal.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib. Onun sözlərinə görə, enerji layihələri Azərbaycan və region üçün olduqca önəmlidir:

“Bizim təşəbbüskarı olduğumuz layihələr regionun, Avrasiyanın xəritəsini dəyişib. Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik.

Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər. Bakı-Tbilisi-Qars layihəsi dəmiryolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu hazırda Çindən Avropaya gedən ən qısa yoldur. Əgər yüklər əvvəl bu marşrut üzrə 33-35 günə gedirdisə indi bu müddət iki həftəyə qədər enib. Dənizə çıxış olmayan Azərbaycan regional nəqliyyat habına çevrilib. Gələcək neft və qazda deyil. Neft və qaz bir gün bitəcək. Gələcək innovasiyalar, effektivlik, şəffaflıq, menecment və sahibkarlığa dövlət dəstəyidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net