
Gürcüstanın əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia həbs edilib.
APA-nın yerli bürosu xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları partiya sədrini partiyanın baş ofisində həbs edib. Polisin əməliyyat zamanı bibər qazı spreyindən istifadə etdiyi bildirilir.
 
 
 
  



















 
 

