Keçmiş səfir müxalifətin mitinqini təşkil etmək istəyir - İDEYA VERİR
Tarix: 10-08-2015, 11:09 | Çap et
Keçmiş səfir müxalifətin mitinqini təşkil etmək istəyir - İDEYA VERİR
Bir müddət əvvəl hakimiyyəti tənqid etdiyi üçün səfir vəzifəsindən geri çağırılan Arif Məmmədov Bakıda aksiya keçirilməsi təklifi ilə çıxış edib. JAM.AZ xəbər verir ki, keçmiş səfir bununla bağlı özünün Facebook səhifəsində məlumat yayıb.

Arif Məmmədov yazıb ki, onun Azərbaycanda demokratiyanın müdafiəsi üçün təklifi var. Həmin təklifə əsasən Bakıda «Ağ Marş» adlı aksiya keçirilməsi üçün zərurət var. «Biz güclü millət olduğumuhu, demokratiyanı müdaffiə etmək əzmimizi göstərmək üçün hamıya Şəhidlər Xiyabananın qarşısında yığışmağı və oradan sükut marşı ilə Bulvara kimi demokratiya yürüşü keçiriməyi təklif edirəm. Yürüşün adını «Ağ Marş» olsun. Marşa hamı ağ geyimdə və ağ şarlarla gəlsinlər. Görüş vaxtı: 15 avqus 2015-ci i, saat 12:00».

Arif Məmmədov Milli Şura, Müsavat və digər partiya və siyasi təşkilatlara müraciət edərək, onlardan yürüşün təşkilatçılağını üzərlərinə götürmələrini istəyib. «Partiyaların gənclər təşkilatlarına xüsusi birlik mesajı vermək vacib məsələdir».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net