“Ziya Məmmədov ölkədən qaçacaq...”
Tarix: 14-02-2017, 08:18 | Çap et
“Ziya Məmmədov ölkədən qaçacaq...”
"Heydər Əliyevin, qardaşım İlham Əliyevin çörəyini yeyib onun qədrini bilməyən Ziya Məmmədovdan Azərbaycan xalqının canı qurtardı. Mən sizin sayt vasitəsi ilə eyham vurmuşdum ki, Ziya Məmmədovun sonuna az qalıb. Neçə aydır bu prosesi izləyirəm. Ziya Məmmədovun oğlu və özü xaricdə anti İlham Əliyev koalisiyasına qoşulublar. Mən bunların fəaliyyətini izləmək üçün bir neçə dəfə xarici ölkəyə səfər də etmişəm. Prezidentin bu addımı çox yerinə düşdü. İlham Əliyevə bu addımına görə minnətdarlıq edirəm. İlham Əliyev bilsin ki, onun yolunda həyatını qurban verməyə hazır olan Hafiz Hacıyev var.”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri Ziya Məmmədovdan sonra növbədə kənd təsərrüfatı naziri Heydər Əsodovun olduğunu bildirib:

"Hesab edirəm ki, növbə Heydər Əsədova çatıb. O, da vəzifəsindən kənarlaşdırılmalı və həbs edilməlidir. Mən dediklərimi boş-boşuna demirəm. Bizdə məlumatlar var ki, Ziya Məmmədov harasa qaçmaq istəyir. Bu adam saxlanılmalı, əlində olan milyardlar xalqa qaytarılmalıdır. İlham Əliyevə qarşı xəyanət edən məmurlar bilməlidir ki, sonları pis olacaq. Ziya Məmmədov kimilər ölkədə çoxdur. Heydər Əsədov həmin sabotajçı məmurların başında durur.
Bu gün mal əti 15 manata qalxıb. Bunu dolların bahalaşması ilə əlaqələndirirdilər. Mən başa düşə bilmirəm ki, məgər inəklər dollar yeyirlər? İnsanların canı boğaza yığılıb. Xalqın çörəyi ilə oynayan məmurlara üz tutub deyirəm: Ağlınızı başınıza yığın, prezidentin arxasında mənim kimi qorxmaz bir qardaşı dayanıb. Azğınlığa davam etsəniz mən Hafiz Hacıyev sizinlə başqa metodlar vasitəsi ilə danışmalı olacam. Bizim mübarizəmiz axıra qədər davam edəcək. İlham Əliyev də bu məsələdə axıra qədər davam etməlidir. Düşünürəm ki bu hadisə mənim korrupsionerlərə qarşı açdığım mübarizədə qələbədir. Bundan sonra da mübarizəmi davam etdirib qardaşım İlham Əliyevlə birgə bu xəyanətkarların sonuna çıxacağıq.”



Alıntı
  • Grubu: Ziyaretçi
  • ICQ:
  • Kayıt tarihi: --
  • Durumu:
  • Yorumları: 0
  • Makaleleri: 0
^
<a href="http://bronsyncpak.ugu.pl/byvewu/test-drive-unlimited-2018-psp-downlo
ad-iso-mega.html#">test drive unlimited 2018 psp download iso mega</a> avg internet security business 2018 gratis espaГ±ol actualizacion automatica hasta sage instant accounts v12 serial number
<a href="http://indeca.ugu.pl/sesemekew/tom-and-jerry-fists-of-fury-game-free-
download.html#">tom and jerry fists of fury game free download</a> magic match the genie's journey adobe photoshop cs3 training iso free download full version with crack


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11-09-2018 08:03
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net