Natiq Cəfərli-Əli Kərimli qovğası - kimdir günahkar?
Tarix: 3-03-2016, 12:50 | Çap et
Natiq Cəfərli-Əli Kərimli qovğası - kimdir günahkar?
Məlum olduğu kimi, ReAl hərəkatının rəhbərlərindən biri, tanınmış iqtisadçı Natiq Cəfərli ilə AXCP sədri Əli Kərimli arasında münasibətlər gərginləşib. Buna səbəb N.Cəfərlinin adını çəkməsə də, dolayısıyla AXCP sədrini yüngülvari tənqid etməsi olub. Bundan sonra AXCP sədrinin tərəfdarları sosial şəbəkədə iqtisadçının üzərinə hücuma keçiblər, onu iqtidara satılmaqda, xəyanətdə suçlayır, hətta peşəkar mediada yazılması mümkün olmayan sözlərlə təhqir edirlər.

N.Cəfərli isə məruz qaldığı hücumla bağlı sosial şəbəkədə status yazıb. Musavat.com ReAl-ın icra katibinin statusunu oxucularına təqdim edir:

"Dostlar, bu gün yazdığım fikirlər, status bir çoxlarında qıcıq yaratdı, haqqımda yaramaz sözlər yazldı, olsun, biz demokratiyaya, azad sözə, tənqidə inananlarıq, bizim dəyərimiz budur. Zamanınızı bir qədər çox alacam, bir neçə foto-şərh yerləşdirəcəm, lütfən, hamısına bir-bir baxın, özünüz qiymət verin. Ölkədə, güya, demokratiya istəyənlər məndən fikirlərimi silməyi tələb edirlər, hətta hədə-qorxu gəlirlər, hökumətə işləməkdə suçlayırlar – beləliklə də öz iç üzlərini, səviyyələrini göstərirlər. Bu insanlar demokratiyanın “D” hərfindən xəbərləri yoxdur, səviyyələri də şərhlərindən bəllidir. Lütfən, özünüz qiymət verin, əslində, mən bunu yazmaq istəmirdim, sadəcə, həmin qrup öz səs-küyü, təhqiri ilə hamının onlardan yan gəzməsini təmin edib, bu mifi sındırmaq lazımdır. Ölkədə prezidenti, hökuməti tənqid etmək olarmış, bəzilərini yox! Dəhşətli mənzərədir, bu günə qədər “niyə müxalifətə xalq inanmır”, sualının cavabını da burada tapa bilərsiniz. Qısa olaraq onu deyim ki, çox hörmət etdiyim Əli bəy Kərimli şərhsiz (bir daha qeyd edirəm, şərhsiz) bir foto paylaşmışdı, o foto xeyli paylaşma gördü, mən də məsələnin məğzi haqqında status yazdım, bu statusdan sonra dəyərli Əli bəy öz yazdığına düzəliş etdi, sonra başlandı, özünüz izləyin, bir film kimi, yəni..."

Xəbərlər
 
Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net