
Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) “Akkord” şirkətinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və böyük miqdarda borcunun olması ilə bağlı məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin rəhbərliyinə Pretenziya qaydasında məktub “İT Sollutions” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti arasında 24 may 2013-cü il tarixdə AX-538/0513 nömrəli və 28 iyun 2013-cü il tarixdə AX-705/0613 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən “İT Sollutions” MMC üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam yerinə yetirmişdir. Lakin bundan fərqli olaraq bu günədək “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC qeyd olunan müqavilələr üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə “İT Sollutions” MMC qarşısında borcu yaranmışdır. Hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “İT Sollutions” MMC olan borcu ƏDV ilə birlikdə 237.436,08 (iki yüz otuz yeddi min dörd yüz otuz altı manat səkkiz qəpik) AZN təşkil edir. Göstərilənləri nəzərə alaraq “İT Sollutions” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 may 2013-cü il tarixli, AX-538/0513 nömrəli və 28 iyun 2013-cü il tarixli, AX-705/0613 nömrəli müqavilələr üzrə yaranmış 237.436,08 (iki yüz otuz yeddi min dörd yüz otuz altı manat səkkiz qəpik) AZN məbləğində borcun 10 gün müddətində ödənilməsi Sizdən xahiş olunur. Əks təqdirdə həmin borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır. Qoşma:1. 24.05.2013-cü il tarixli AX-538/0513 və 28.06.2013-cü il tarixli AX-705/0613 nömrəli müqavilələrin, maliyyə arayışlarının surəti.
Hörmətlə, “İT Sollutions» MMC-nin direktoru Anar Heydərov