Mehriban Əliyeva xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib
Tarix: 24-05-2020, 03:09 | Çap et
Mehriban Əliyeva xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

“Report” xəbər verir ki, Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net