İmişlidə bələdiyyə sədri sakinlərə divan tutur
Tarix: 17-07-2015, 12:06 | Çap et
İmişlidə bələdiyyə sədri sakinlərə divan tutur
Hər kəsə məlumdur ki, respublikada bələdiyyələrin fəaliyyəti heç də qənaətbəxş səviyyədə deyil. bələdiyyələr özlərini doğrulda bilmirlər. Xüsusilə də regionlardakı bələdiyyələr camaatın başına min cür hoqqa açırlar. Xalqın dolanışığına maneələr yaradırlar. Bu qurumların demək olar ki, əksəriyyəti öz bildiyini edir. Özündən yuxarıdakı qurumlara məhəl qoymurlar. Belə bələdiyyələrdən biri də İmişli rayonunun Bəhrəmtəpə Bələdiyyəsidir. Sözügedən bələdiyyə sədri İman İbrahimovdur. Bu şəxs barəsində tez-tez xoşagəlməz sözlər eşidilir. Onun fəaliyyətindən narazı olanların sayı durmadan artır. Əldə etdiyimiz məlumatlara görə İmran İbrahimov sədrliyə də qanunsuz yollarla gəlib çıxıb. Sədr vəzifəsindən öz maraqları üçün istifadə edir. Kəndin mal-qarası üçün nəzərdə tutulan otlaq sahələrini köhnə illərin sənədləriylə kənar şəxslərə satmaqla məşğuldur. Bundan əlavə, rayon üçün nəzərdə tutulan ehtiyat qəbiristanlıq torpaqlarını satıb. İbrahimov bu cür yollarla xalqın güzəranını bərbad hala salıb. Demək olar ki, kəndin sakinləri bələdiyyə sədrini görəndə başlarına qaynar su tökülür. Onun sədrlikdən uzaqlaşdırılmasını istəyirlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, Bəhramtəpə bələdiyyə sədrinin müavini Məhəmmədəli Zeynalov da sakinlərə qan uddurur. Bu iki şəxs birləşib sakinlərin qanını sovurur. Sanki sakinlər nə qazanırlarsa, hamısını bələdiyyəyə verməlidir. Camaata imkan vermirlər ki, bir tikə çörəklərini qazansınlar. Öz vəzifələrindən başqa hər şey edirlər. Bircə üzərlərinə düşən öhdəliklərdən başqa. Qeyd edək ki, bu qurumun əsas məqsədi ərazidə yaşayan əhalinin ictimai sosial-məişət problemlərinin həll etməkdir. Lakin əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu qismində çıxış edirlər. Ümumiyyətlə, bəzi bələdiyyələr üzərlərinə düşən öhdəliklərin nədən ibarət olduğunu belə bilmirlər. Bir çox qəsəbə və kəndlərdə bələdiyyələrin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Sözügedən qurumlar yalnız şəxsi mənafeləri naminə çalışırlar.Onu da qeyd edək ki, hələ bu azmış kimi sözügedən bələdiyyə sədri və müavini kənd sakinlərinin hüzurunu da pozur. Belə ki, bələdiyyə sədri ilə onun müavini küçənin ortasında yumruqlaşıb.İmişli rayonunun Bəhramtəpə qəsəbəsi üzrə Bələdiyyə sədri İman İbrahimov və müavini Məhəmmədəli Zeynalov arasında qəsəbənin mərkəzində yumruq davası yaşanıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, Bəhramtəpə qəsəbəsinin Bələdiyyə sədri İman İbrahimov və onun müavini Məhəmmədəli Zeynalov arasında baş verən dava, bələdiyyə vergisi üçün yığılan pulun bölünməsi zamanı baş verib. Bələdiyyə vergisi üçün yığılan pulları bölüşdürə bilməyən bələdiyyə sədri İman İbrahimov və onun qardaşları bələdiyyə müavini Məhəmmədəli Zeynalova hücum çəkib. Xəsarət alan Z.Məhəmmədəli polisə şikayət ərizəsi ilə müraciət edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net