İsmayıllıda itkin düşən gənc tapıldı - YENİLƏNİB
Tarix: 2-06-2020, 06:58 | Çap et
İsmayıllıda itkin düşən gənc tapıldı - YENİLƏNİB

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilir ki, O.Süleymanov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***05:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə dünən axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

Məlumata görə, FHN-in müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net