Britaniyada kasıb ailələrdən olan uşaqlar ev tapşırıqlarını tualet kağızı üzərinə yazıb
Tarix: 23-02-2021, 09:01 | Çap et
Britaniyada kasıb ailələrdən olan uşaqlar ev tapşırıqlarını tualet kağızı üzərinə yazıb

Koronavirus pandemiyası müddətində Böyük Britaniyada əhalinin bəzi təbəqələrinin yoxsulluqdan əziyyət çəkdiyi məlum olub.

Belə ki, Haddersfild şəhərində sərt karantin dövründə bəzi məktəblilər dəftər almağa pulları olmadığına görə, ev tapşırıqlarını tualet kağızı üzərində yazmağa məcbur olublar.

Bu barədə “The Mirror” nəşri məlumat yayıb.

“Vesttend Yuniors” klubunun rəhbəri, üç uşaq atası Şon Uezerhed COVID-19 qadağaları vaxtı Haddersfild şəhərində bəzi ailələrin yoxsulluq içində olduğunu müşahidə edib və rəhbəri olduğu klubun üzvləri ilə bərabər uşaqlar üçün ianə toplamağa qərar verib.

Klub rəhbəri bildirib ki, məktəb ləvazimatları almaq üçün pulu olmayan mindən çox uşaq onlara sorğu göndərərək yardım istəyib.

Xeyriyyəçi bildirib ki, bu günə qədər hələ ki, ancaq 350 məktəbliyə kömək edə biliblər və hələ də minlərlə uşağın məktəb ləvazimatı ilə təmin etməyə ehtiyac var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net