Separatçı rejimin “rəhbəri”nin yalvarışı: “Gəlin, son dəfə Şuşa üçün birləşək”
Tarix: 30-10-2020, 02:56 | Çap et
Separatçı rejimin “rəhbəri”nin yalvarışı: “Gəlin, son dəfə Şuşa üçün birləşək”
Düşmən təxribatlarının qarşısını almaq məqsədilə sentyabrın 27-dən başlayan ordumuzun əks-hücum əməliyyatları bir aydan bir az çox müddətdə olduqca uğurla davam edir.

Bir sıra yaşayış məntəqələrini dörd rayon mərkəzini, qəsəbələri, kəndləri düşmən işğalından azad edərək inamla irəliləyən əsgərlərimiz düşməni olduqca çətin duruma salıb.

Döyüşlərin ilk günlərində ağır məğlubiyyətlərə baxmayaraq reallığı qəbul etməyən, haqsız olduqları halda aqressiv tonda, guya “nailiyyət” qazanırmış kimi danışan separatçı rejimin quldur başçısı Araik Arutunyan artıq təslimiyyət tonuna keçib.

Belə ki, son olaraq darmadağın edilmiş ordusuna səslənən Arutunyan Azərbaycan ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu, artıq Azərbaycanın mədəni mərkəzi hesab olunan gözəl guşənin işğaldan azad edilməsinə çox az qaldığını bildirib və son dəfə hər kəsi birliyə səsləyib.

Yalvarış tonunda, əziklik və məğlubluq yağan bu çağırışa cavab verəcək nə ordu qalıb, nə də xalq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net