Yəməndə döyüşlər qızışır, itkilər artır
Tarix: 8-04-2015, 08:55 | Çap et
Yəməndə döyüşlər qızışır, itkilər artır
Yəmənin cənub limanı olan Ədəndə ağır döyüşlər və Səudiyyənin rəhbərliyi ilə koalisiyanın hava zərbələri humanitar böhran yaradır. Bu xəbərdarlıqla Yəməndəki səhiyyə işçiləri çıxış ediblər.

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aprelin 7-də bildirib ki, döyüşlərdə az 560 nəfər öldürülüb, 1768 nəfər yaralanıb və 10 min nəfər evindən didərgin düşüb. Son 3 həftədə şiə huti yaraqlıları ilə prezident Abd-Rabbo Mansur Hadi-ni dəstəkləyən qüvvələr arasında döyüşlər artıb.

ÜST bildirir ki, təcili gərəkən tibbi ləvazimat vaxtında çatdırılmır.

Hutilər ötən il Yəmənin şimalından gəlib Sanaanı, digər əraziləri tutublar. Ədənə sığınmış Hadi isə Səudiyyəyə qaçmağa məcbur olub.

Hutiləri Hadinin sələfi Ali Abdullah Saleh-ə sadiq hökuməti qüvvələri dəstəkləyir. İran hutiləri dəstəkləməsi barədə deyilənləri təkzib edir.

Səudiyyə Ərəbistanı iki həftə öncə hava zərbələrinə başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net