II qrup əlil ədliyyə nazirindən kömək istəyir
Tarix: 10-03-2015, 11:02 | Çap et
II qrup əlil ədliyyə nazirindən kömək istəyir
Göyçay rayon sakini, II qrup əlil Fətalıyev Məzahir Mikayıl oğlu Moderator.az vasitəsi ilə ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Müraciətində məhkəmə qərarının icra edilməməsindən şikayətlənən M.Fətalıyev, ədliyyə nazirindən qanuni haqlarının təmin edilməsində ona yardımçı olmağı xahiş edib:
"Göyçay rayon İcra Qrupu işlərinin öhdəsindən gələ bilmirlər ki, nəticədə də süründürməçiliyə, qanunsuzluğa məruz qalmışam. Belə ki, Göyçay Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli qətnaməsi icraya yönəldilsə də, qəsdən icra edilmir. Bu qanunsuzluqdan başqa, həm də cinayət əməlidir. Dəfələrlə Göyçay Rayon İcra Qrupuna getmişəm, ərizələrlə müraciətlər etmişəm , ancaq heç bir qanunu tədbir görülmür. Mənə pul borcunun alınıb verilməsi barədə çıxarılmış məhkəmə qətnaməsində adı keçən cavabdeh hazırda Bakı şəhərində yaşayır və yaşadəğı yer məlumdur. Ancaq İcra Qrupu belə əsassız bahanə gətirir ki, guya cavabdeh axtarışa verilib, zəruri tədbirlər görülür.Hamısı ağ yalandır.Göyçay Rayon İcra Qrupu hansısa maraqlarına görə Göyçay Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli qətnaməsini icra etmir, mənə yalandan, başdansovdu cavab verir. 2-ci qrup əliləm, ayağım qanqrena edib, yol yeriyə bilmirəm, çox əziyyət çəkirəm.Məhkəmənin qətnaməsi ilə mənə alınıb verilməli olan borc pulu müalicəmə xərcləyəcəm ki. bunu da İcra Qrupu təmin etmir. Göyçay Rayon Regianal Ədliyyə Şöbəsinə bu barədə şikayət ərizəsi ilə müraciət etsəm də, başdansovdu cavab verməklə heç bir tədbir görmək istəmirlər. Öyrənmişəm ki, Göyçay Rayon İcra Qrupunun qanunsuz fəaliyyətindən əziyət çəkənlər çoxdur. Çoxlu sayda məhkəmə qərarları var ki, indiyədək icra olunmayıb. Mən mətbuat vasitəsi ilə ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edib xahiş edirəm; cənab nazir, Göyçay Rayon İcra Qrupunun qanunsuz fəaliyyətini obyektiv araşdırıb onların barəsində qanunu tədbir görəsiniz".
P.S.Mövzu ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net