Rektorun ölkədən 3 milyon pulla qaçdığı deyilir
Tarix: 19-05-2015, 10:13 | Çap et
Rektorun ölkədən 3 milyon pulla qaçdığı deyilir
Texnologiya Universitetində 2015 ci il mart ayının 1-dən Maliyyə nazirliyinin xüsusi komissiyası Texnologiya universitetində araşdırma aparırdı, araşdırma 16 aprel ayında başa çatdı. Maliyyə Nazirliyinin komissiya üzvləri baş İnspektor Müşfiq, İnspektor Mais, İnspektor Sahib adlı şəxslər tərəfindən aparılırdı. Maliyyə nazirliyinin PROTOKOLUNA əsasən Texnoilogiya Universitetində aşgarlanan pulun çox bir hissəsi Təsərrüfat şöbəsinə aiddir. Təsərrüfat işləri üzrə prorektor Aslan Quliyev, Təsərrüfat şöbəsinin, şöbə müdiri Natiq Nəbiyev tərəfindən saxta sənəd hazırlayaraq Universitetə kağız üzərində alınmıyan inventarlar aşgarlanıb. maliyyə Nazirliyinin komissiyası Akif Süleymanova mənimsədiyi pulu yerinə qaytarmağını tələb etsədə, Akif Süleymanov boynundan ataraq universitetin Təsərrüfat şöbəsinin prorektoru, Aslan Quliyevin, maliyyə şöbəsinin işcilərinin üstünə atıbdır. Akif Süleymanovu korrupsiya idarəsinə məlumat verməklərini bildirdiyi halda o tez özünü xəstəliyə vuraraq universitetdə kənarlaşıb, təhsil Naziri Mikayıl Cabbarov Akif Süleymanova Aprel ayının 5 -nə kimi icazə versədə, Akif Süleymanov artıq 13 gündür ki, Nazirin əmrini icra etmir, Gəncə Şəhər İcra başcısı , və Təhsil Nazirliyi tərəfindən Akif Süleymanov axtarıldığı zaman oğlu telefonunu götürərək atam möhkəm xəstədir ona hələ həkim icazə vermir deyərək sərt şəkildə telefonu keçirir. Akif Süleymanov (təziq, şəkər, deyilənlərə görə bağırsaq xərçəngindən əziyyət çəkir) Universitetin maliyyə şöbəsində bir neçə işcisi tərəfindən, universitetin işcilərinin adına pul yazaraq mənimsənildiyidə aşgarlanıb , analıq məzuniyyəti və təlkəbələrin illik ödənişini universitetin maliyyə şöbəsində bir neçə işci tərəfindən mənimsənilməsi aşgarlanıb. Texnologiya Universitetinə Akif Süleymanov 2013 cü ilin mart ayında təyin olunub, həmin tarixdən bu yana kimi universitetin tələbələrinin 90% nın illik ödənişləri mənimsənilərək DÖVLƏT büdcəsinə zərər yetiribdir. Saxta diplom Texnologiya universitetindədə aşgarlandı, 2014-2015 ci ilin məzunları diplomlarını tələb edəndə Akif Süleymanov tərəfindən, hələ rektor təyin olunmamışdan qabaq Texnologiya universitetində keçmiş məzunların diplomları qaldığı halda, o diplomları illik ödəninşini mənimsədiyi tələbələrin adlarına yazaraq saxta diplom veribdir.
Texnologiya Universitetində birneçə şöbə var ki 1 manat alaraq tələbələrə arayış verir, vermədikləri halda tələbələrə arayış vermirlər.
Maliyyə Naziri Samir Şərifovun, açıqlamasına görə Texnologiya Universitetinin rektoru və digər məmurları KORRUPSİYA idarəsinə rəsmi olaraq müraciət olunacaq.
Hal -hazırda akif Süleymanov Bakıda oğlunun evində gizlənərək, Universitetin prorektoru aslan quliyevə, şöbə müdiri Natiq Nəbiyevə, və maliyyə idarəsinin işcilərindən pulun qaytarılıb büdcəyə qoyulmasını tələb edir, əks halda onları işdən çıxartmaqlarını hədələyir, deyilən məlumatlara görə təsərrüfar şöbəsinin prorektoru Aslan Quliyevin, şöbə müdiri Natiq Nəbiyevin və bir necə məmurun ərizəsini alıbdır.
Akif Süleymanovu dəstəkləyən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovda Tenologiya universitetinin rektoru dostu Akif Süleymanova köməklik edə bilmədi. Diqqətinizə çatdırım ki Yusif Yusifovun qardaşı Cavanşır Yusifov maliyyə Nazirliyinin hesablama paltasının şöbə müdiridir.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net