Koronavirusla bağlı son STATİSTİKA
Tarix: 25-07-2020, 09:21 | Çap et
Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 15 943 547 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusa yoluxan 642 751 xəstə ölüb, 9 726 064 nəfər sağalıb.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (4 248 327 nəfər), ölüm (148 490 nəfər) və sağalma (2 028 074 nəfər) ABŞ-da müşahidə olunur.

İkinci yerdə Braziliya (2 348 200 yoluxma, 85 385 ölüm, 1 592 281 sağalma), üçüncü yerdə isə Hindistan (1 337 022 yoluxma, 31 406 ölüm, 850 107 sağalma) gəlir.

Sərhəd qonşularımızdan Rusiya 800 849 yoluxma ilə dördüncüdür. Bu ölkədə koronavirusa yoluxanlardan 13 046 nəfəri ölüb, 588 774-ü sağalıb.

İranda 286 523, Türkiyədə 224 252, Ermənistanda 36 613, Gürcüstanda 1 104 yoluxma halı qeydə alınıb.

Azərbaycanda bu vaxta qədər 29 312 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 400-ü həyatını itirib, 21 547 nəfər sağalıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net