Narkotiklə tutulan AXCP üzvünə 6 il həbs verildi
Tarix: 14-05-2015, 18:07 | Çap et
Narkotiklə tutulan AXCP üzvünə 6 il həbs verildi
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov ötən il avqust ayının 11-də tutulub.

M.Ədilov AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net