"Suriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisində mövcudluğunun davam etdirilməsində maraqlı olduqlarına dair siqnallar göndərir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya "Vesti" proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, hakimiyyətdə olan rejimlərdən asılı olmayaraq, Rusiya və Suriyanı dostluq telləri bağlayır.
Eyni zamanda, o bildirib ki, Dəməşq rəsmiləri tərəfindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.