Ana Sayfa > Xəbər > Narkotiklə tutulan AXCP üzvünə 6 il həbs verildi
Narkotiklə tutulan AXCP üzvünə 6 il həbs verildi14-05-2015, 18:07. Yazar: admin |
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov ötən il avqust ayının 11-də tutulub. M.Ədilov AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır. Geri dön |