ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına səfərini yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər təxirə salıb.
Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, Tramp administrasiyasının nümayəndəsinin Kiyevə ilk səfəri yanvarın əvvəlində baş tutmalı idi. Kelloqun komandası Avropanın digər paytaxtlarına, o cümlədən Roma və Parisə də səfərlər planlaşdırırdı.
Tramp vəzifəsinin icrasına başladıqdan sonra Kelloqun Ukraynaya səfəri gözlənilir, lakin səfərin tarixi hələ müəyyən edilməyib.
Noyabrın 27-də Tramp Kelloqu köməkçisi və ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb. Kelloq Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. O, Moskva və Kiyevi mövcud cəbhə xəttini düzəltmək yolu ilə dialoqu bərpa etməyə inandırmağı təklif edib.