Nikolas Maduro Venesuela Milli Assambleyasının binasında keçirilən andiçmə mərasimində and içərək, ardıcıl üçüncü dəfə ölkə prezidenti olub.
Vertikal.az APA-ya istanadla xəbər verir ki, bu barədə Venesuela parlamentinin mətbuat xidməti məlumat yayıb.
Maduro ölkə rəhbəri kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.
Prezidentin andını Venesuela parlamentinin sədri Xorxe Rodriges qəbul edib.