Məşhur türkiyəli aktyor Oktay Kaynarca yeni layihədə - Bu dəfə rolu hamını təəccübləndirəcək
Son olaraq "Ben bu cihana sığmazam" serialında rolu ilə qəlbləri fəth edən Türkiyənin məşhur aktyoru Oktay Kaynarca uzun müddətdən sonra yeni layihədə oynamağa razılıq verib.
Oxu.Az-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, aktyor GAİN platforması üçün çəkilən yeni serialda baş rolu canlandıracaq.
Bildirilir ki, Kaynarca bu dəfə oynayacağı rolla hamını təəccübləndirəcək. Belə ki, "Ev hapsi" adlı serialın süjet xətti İstanbulda cərəyan edəcək və rüşvət, korrupsiya ilə əlaqədar başladılan araşdırma nəticəsində ev dustaqlığına məhkum edilmiş bələdiyyə başçısı "Aziz Saygın"ın (Oktay Kaynarca) həyatı ətrafında qurulacaq.
Qeyd edək ki, daha əvvəl ekranlarda görməyə adət etmədiyimiz bu cür fərqli süjet xətti artıq hər kəsin marağına səbəb olub. Serialda Oktay Kaynarca ilə yanaşı, Rojda Demirer, Kadriye Kenter, Hakan Boyav, İpek Çiçek, Hakan Karsak, Çiğdem Batur, Ziya Kürküt, Egemen Uysal, Gizem Terzi və Mustafa Alabora kimi tanınmış aktyorlar da yer alacaq.