Ukraynada tutularaq ekstradisiya olunan şəxsə 13 İL HƏBS
Tarix: 14-05-2015, 16:40 | Çap et
Ukraynada tutularaq ekstradisiya olunan şəxsə 13 İL HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinərək uzun müddət axtarışda olan Yasər Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Yasər Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Yasər Cavadov uzun müdddət axtarışda olub. Yasər Cavadov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ukraynada tutulub.

O, respublikamıza ekstradisiya olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net