Ana Sayfa > Xəbər > Ukraynada tutularaq ekstradisiya olunan şəxsə 13 İL HƏBS
Ukraynada tutularaq ekstradisiya olunan şəxsə 13 İL HƏBS14-05-2015, 16:40. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinərək uzun müddət axtarışda olan Yasər Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Yasər Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Yasər Cavadov uzun müdddət axtarışda olub. Yasər Cavadov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ukraynada tutulub. O, respublikamıza ekstradisiya olunub. Geri dön |