ABŞ polisi 16 ayda 1500 insanı öldürüb
Tarix: 8-05-2015, 10:31 | Çap et
ABŞ polisi 16 ayda 1500 insanı öldürüb
ABŞ polisi 2014-cü ilin əvvəlindən bu günədək, yəni 16 ay ərzində 1500-dən çox vətəndaşı öldürüb.

AzVision.az xəbər verir ki, bu barədə “Killed by Police” şirkətinin apardığı araşdırmada qeyd olunub.

Bildirilib ki, ölümlər əsasən polis əməkdaşları vəzifə borcunu yerinə yetirərkən baş verib.

Məlumatlar toplanan zaman polisin silahdan haqlı və ya haqsız yerə istifadə etdiyi araşdırılmayıb.

Qeyd edək ki, son zamanlar ABŞ-da əsasən qaradərili vətəndaşların polis tərəfindən öldürülməsi ölkədə kütləvi etirazlarla qarşılanır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net