Ana Sayfa > Xəbər > ABŞ polisi 16 ayda 1500 insanı öldürüb
ABŞ polisi 16 ayda 1500 insanı öldürüb8-05-2015, 10:31. Yazar: admin |
ABŞ polisi 2014-cü ilin əvvəlindən bu günədək, yəni 16 ay ərzində 1500-dən çox vətəndaşı öldürüb. AzVision.az xəbər verir ki, bu barədə “Killed by Police” şirkətinin apardığı araşdırmada qeyd olunub. Bildirilib ki, ölümlər əsasən polis əməkdaşları vəzifə borcunu yerinə yetirərkən baş verib. Məlumatlar toplanan zaman polisin silahdan haqlı və ya haqsız yerə istifadə etdiyi araşdırılmayıb. Qeyd edək ki, son zamanlar ABŞ-da əsasən qaradərili vətəndaşların polis tərəfindən öldürülməsi ölkədə kütləvi etirazlarla qarşılanır. Geri dön |