İmişlidə bələdiyyə sədri və onun müavini pul üstündə tutaşdılar
Tarix: 15-07-2015, 17:07 | Çap et
İmişlidə bələdiyyə sədri və onun müavini pul üstündə tutaşdılar
Azərbaycanda bələdiyyə sədri ilə onun müavini küçənin ortasında yumruqlaşıb.

Avropa.info xəbər verir ki, iyulun 13-də İmişli rayonun Bəhrəmtəpə qəsəbəsi üzrə bələdiyyə sədri İman İbrahimov və müavini Məhəmmədəli Zeynalov arasında qəsəbəsin mərkəzində yumruq davası yaşanıb.

Hadisə şahidlərinin avropa.info-ya verdikləri məlumata görə, Bəhrəmtəpə qəsəbəsinin bələdiyyə sədri İman İbrahimov və onun müavini Məhəmmədəli Zeynalov arasında baş verən dava, bələdiyyə vergisi üçün yığılan pulun bölünməsi zamanı baş verib. Bələdiyyə vergisi üçün yığılan pulları bölüşdürə bilməyən bələdiyyə sədri İman İbrahimov və onun qardaşları bələdiyyə müavini Məhəmmədəli Zeynalova hücum çəkib.

Xəsarət alan Z.Məhəmmədəli polisə şikayət ərizəsi ilə müraciət edib.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net