"Evə çörək gətirən anam olub"
Tarix: 2-04-2015, 16:02 | Çap et
"Evə çörək gətirən anam olub"
Ana olmağa hazırlaşan ingilis aktrisası Kira Naytli “Elle” jurnalı üçün obyektiv qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, 30 yaşlı aktrisa ailəsi ilə bağlı maraqlı açıqlamalar verib. Kira valideynlərinin nümunəvi cütlük olduğunu bildirib:

“Anam atamdan çox pul qazanırdı. Onların münasibəti ortaq idi. Uzun müddət evə çörək gətirən də anam olub. Atam hər zaman işlərində anama dəstək olub”.

Kira şəxsiyyət vəsiqəsindəki adının (orijinal yazılışı Keira – red.) anasının yanlış tələffüzü səbəbindən yazıldığını deyib:

“Əslində adım Kieradır. Ancaq anam doğum haqqında şəhadətnaməmə adımı “ie” yerinə “ei” yazdırıb. Çünki hərfləri hecalarla deyə bilmir. Anam evə qayıtdıqda atam “Lənətə gələsən! Adını səhv tələffüz etmisən?” deyib. Atam adımı sevdiyi rus konkisürənin adından götürübmüş”.





Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net