Eldar Əzizov Elşad Həsənovla BACARMIR?
Tarix: 7-05-2024, 09:54 | Çap et

Dünən dia-az.info olaraq BAKI ŞƏHƏRİ, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-195 ünvanında qanunsuz həyata keçirilən tikinti işləri ilə bağlı, daha dəqiqi qeyd olunan ünvandakı qanunsuzluqların yenidən həyata keçirilməsi haqda bilgiləri diqqətinizə təqdim etdik.



Qeyd edək ki, yuxarıda ünvanı diqqətinizə çatdırarkən "BAKI ŞƏHƏRİ" sözlərini təsadüfən iri hərflərlə təqdim etmədik. Bəli, nəzərinizə onu çatdırmaq istədik ki, Yasamal rayonu da paytaxt Bakının bir parçasıdır. Amma nədənsə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənablarının ümumi paytaxt ərazisində yarada bildiyi səliqə-səhmana məhz YASAMAL ərazisində riayət olunmur.

Bu rayonun icra başçısı Elşad Həsənov keçmiş deputat - yəni QANUNQAYIRAN olsa da, qanunlardan ya anlayışı yoxdur, ya da qanunları pozmağı özünə vərdiş etdiyindən qanunlarla yanaşı kimsəni də saya salmır, özünü paytaxtın ƏRKÖYÜN ÇOCUĞU kimi aparır... Hər halda, bu fakt gərəkən qurumların da diqqətini cəlb etməmiş deyil.

Çünki ilk dəfə deyil ki, Yasamalda anoloji qanunsuzluqlar yaşanır. Elə bir neçə gün əvvəl məhz BŞİH-in müdaxiləsi ilə belə bir özbaşınalıq faktının qarşısı alındı. Çünki olaya mətbuatda işıq salınmışdı. İndi də mətbuat yazdı... yəqin ki, bir neçə günlük işlər dayanar... Amma qanunsuz tikili və qanunsuzluqlara rəvac verən elşad Həsənov öz yerindədir....





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net