Borrell İsrailin Rəfahdakı əməliyyatından narahatdır
Tarix: 7-05-2024, 12:22 | Çap et


Avropa İttifaqının Xarici siyasət və təhlükəsiz məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Rəfahda İsrailin başlatdığı əməliyyatın çox sayda insan tələfatına səbəb olacağını deyib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Aİ-nin baş diplomatı deyib ki, “İsrailin Rəfaha hücumu daha çox mülki vətəndaşı öldürəcək və Avropa İttifaqına üzv dövlətlər və ABŞ-ın buna qarşı açıq xəbərdarlıqlarına baxmayaraq, bu hücum həyata keçirilir”.

“Beynəlxalq ictimaiyyətin, ABŞ-ın, Avropa İttifaqına üzv dövlətlərin, hər kəsin Netanyahudan hücum etməməsini xahiş etməsinə baxmayaraq, Rəfah hücumu yenidən başladı. Onlar nə deyirlər desinlər, mən qorxuram ki, bu, yenidən çoxlu insan tələfatına, mülki itkilərə səbəb olacaq.

Qəzzada təhlükəsiz zonalar yoxdur”, - Borrell vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net