Vatikanın Fələstini tanınmasının sirri
Tarix: 15-05-2015, 10:13 |
Çap et
“Fələstin dövlətini tanımaqla Vatikan Avropa müsəlmanlarının katolik kilsəyə münasibətini yumşaltmaq istəyir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli öz Feysbuk səhifəsində çıxış edib.
Onun sözlərinə görə, İsraillə münasibətlərin korlanması Vatikanı narahat etmir:
“Vatikan Fələstin dövlətini rəsmən tanımağa hazırlaşdığını deyib. Bunun izahını iki məsələdə görürəm: a) Avropada, xüsusilə, üç böyük katolik ölkədə (Fransa, İspaniya, İtaliya) müsəlmanların sayının durmadan artması (miqrantlar və demoqrafik böhran); b) Orta Doğuda xristianların sayının getdikcə azalması (demoqrafik böhran, toqquşmalar və s.). Fələstin dövlətini tanımaqla Vatikan bir tərəfdən Avropa müsəlmanlarının katolik kilsəyə münasibətini yumşaltmaq, başqa bir tərəfdənsə Yaxın Şərqdə xristianlar üçün müqəddəs sayılan yerləri qorumaq istəyir. "Erməni soyqırımı"nı da bu məqsədlə tanıdı. Çünki erməni kilsəsi Yaxın Şərqdə ən mütəşəkkil dini qurumdur. İsraillə münasibətlərin korlana biləcəyi Vatikanı rahatsız etmir. Onsuz da Vatikan tarixən yəhudiləri İsa peyğəmbərin edamında günahlandırıb (bunu açıq deməsələr də). Bunun üzərinə İranın ABŞ-la sürətlə yaxınlaşmasını da gəlsək, ölkəmiz üçün potensial risklərin artmasını görürəm. Yenə hazırlıqsız yaxalana bilərik”.