“Azərbaycandakı milli azlıqlarla bağlı Avropa Parlamentindəki tədbirin heç bir əhəmiyyəti yoxdur”
Tarix: 14-05-2015, 16:41 | Çap et
“Azərbaycandakı milli azlıqlarla bağlı Avropa Parlamentindəki tədbirin heç bir əhəmiyyəti yoxdur”
Avropa Parlamentində Azərbaycanda yaşayan talış və ləzgi xalqlarının durumuna həsr olunan “Azərbaycanda ikili standartlar və milli azlıqların hüquqlarının pozulması” adlı konfrans keçirilib.

“Təmsil olunmayan xalqlar və millətlər təşkilatı” (UNPO) VƏ Taliş Milli Hərəkatının dəstəyi ilə keçirilən konfransda Avropa parlamentinin deputatları – sosial-demokrat Lavrentiy Rebeqa, Damian Draqiçi, Frenk Şvalba-Qot, Avropa Xalq Partiyasından Yaromir Ştetin, Şaqo Yabar və Boqdan Venta iştirak ediblər. Avropalı jurnalistlər, alimlər və siyasətçilər də qonaq qismində Brüsseldəki tədbirə qatılıblar. Tədbirdə Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ilə bağlı boşluqların olduğu dilə gətiriblər və Avropa Birliyi ilə Azərbaycanın bu məsələdə əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıblar.

Modern.az saytına konfransla bağlı açıqlama verən Mili Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, konfransda iştirak edənləri Avropada heç 3 nəfər tanımır: “Yığılıb özlərindən guya böyük bir konfrans keçirirlər. Utanmadan bunu beynəlxalq konfrans da adlandırırlar. Həmin konfrans marginal insanların topladığı və heç bir əhəmiyyəti olmayan bir tədbirdir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net