Deputat: “Biz nə Ukrayna deyilik, nə də Gürcüstan”
Tarix: 14-05-2015, 12:11 | Çap et
Deputat: “Biz nə Ukrayna deyilik, nə də Gürcüstan”
“Ukrayna hadisələri bir daha göstərdi ki, ABŞ üçün demokratiya məqsəd yox, vasitədir və bu yolla öz şəxsi maraqlarını həyata keçirməyə çalışır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Astan Şahverdiyev söyləyib.

Onun sözlərinə görə, ABŞ Ukraynanın arxasında durmadı:

“Neçə illərdir ki, başda ABŞ olmaqla, Qərb Ukraynanı qızışdırır, daxildə narazılıq dalğası yaradır, bu yolla ölkəni iqtisadi səfalətə sürükləyirdi. Əslində isə Amerikanın məqsədi Rusiyanı zərərsizləşdirmək, dünyada nəzarəti tam şəkildə ələ almaq idi. Elə bir vəziyyət yaratdılar ki, Rusiya Ukraynaya müdaxilə etmək məcburiyyətində qaldı. Ardınca da Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. Nə zaman ki, buna nail oldular, o zaman Ukrayna məsələsi arxa plana keçdi. İndi bu gün ABŞ Azərbaycanda da nəzarəti ələ almaq istəyir. Bunun üçün müxtəlif üsullardan istifadə edir. Amma unudur ki, biz nə Ukrayna deyilik, nə də Gürcüstan. Kiminsə də diqtəsi ilə oturub-durmayacağıq. Hesab edirəm ki, ABŞ nəticə əldə olunmadığını görüb, geri çəkilmək məcburiyyətində qalacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net