Seçiciləri deputat İmamverdi İsmayılova "od püskürdülər"-VİDEO
Tarix: 14-05-2015, 10:03 | Çap et
Seçiciləri deputat İmamverdi İsmayılova "od püskürdülər"-VİDEO
BTV paytaxt və bölgələrdə “Deputat və seçici” adlı layihəsini davam etdirir. Editor.az xəbər verir ki, kanal bu dəfə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsində vəziyyət araşdırıb. Müvafiq ərazilər üzrə millət vəkili İmamverdi İsmayılovdur. Gəlin görək rayon sakinləri öz seçdiyi deputatı tanıyırlarmı?

Digər sorğularımızdan fərqli olaraq bu dəfə sakinlər açıq şəkildə müsahibədən çəkindilər. Yalnız anonimliyin qorunacağı təqdirdə , suallarımıza cavab verəcəklərini bildirən sakinlər İmamverdi İsmayılovun adını eşidəndə sanki od püskürdülər. Onlar bildirdi ki , artıq 20 ildir millət vəkili olan İmamverdi İsmayılov yalnız parlament seçkiləri ərəfəsində rayona səfər edir. Digər hallarda onu burada görmək müşkül məsələdir.

Biz də səsləndirilən ittihamlara aydınlıq gətirmək məqsədilə İmamverdi İsmayılovla əlaqə saxladıq. Lakin millət vəkili suallarımızı cavablandırmadı . O, bildirdi ki , reklama ehtiyacı yoxdur və digər xəbər portallarına yetərincə açıqlamalar verir .

Onu da qeyd edək ki , İmamverdi İsmayılovun adı mətbuatda tez-tez qalmaqallarda hallanır. Hətta millət vəkilini ələ salan video çarxlar hazırlanaraq sosial şəbəkələrdə yayımlanır.

//btv.az







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net