Hədələyib pul istədi, 9 il həbs aldı
Tarix: 13-05-2015, 16:25 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirli bilinən Şahin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə hökm oxunub. Hökmə görə, Şahin Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər də məhbusluq həyatı yaşayan Şahin Məmmədov Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunurdu.