Şəmkirdə məmurlara smokinq məcburiyyəti - FOTOLAR
Tarix: 13-05-2015, 15:43 | Çap et
Şəmkirdə məmurlara smokinq məcburiyyəti - FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məmurlar qarşısında yeni şərt qoyub.

Rayondakı mənbədən Musavat.com-a daxil olan məlumata görə, icra başçısı məmurları rəsmi tədbirlərdə smokinq geyinməyə məcbur edir. Bu şərt məmurlar arasında narazılıqla qarşılanıb. Belə ki, smokinq bahalı geyim sayılır və məmurlar onu Bakıdan 600-800 manata alırlar.

Qeyd edək ki, bundan əvvəl Şəmkir rayonunun Dəllər qəsəbəsində yeməkxana və çayçılarda, istirahət yerlərində nərd və domino kimi stolüstü oyunlar qadağan edilmişdi. Məlumata görə, domino və nərd oynayanlar rayon icra hakimiyyətinin qərarı ilə yerindəcə saxlanılaraq 400 manat cərimə edilir.

Şəmkirdə məmurlara smokinq məcburiyyəti - FOTOLAR
Şəmkirdə məmurlara smokinq məcburiyyəti - FOTOLAR





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net