Prezident Administrasiyasından Arif Hacılı ilə Əli Kərimliyə də dəvət gəldi
Tarix: 13-05-2015, 13:14 |
Çap et
15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat Partiyası da dəvət alıb.
Musavat.com xəbər verir ki, partiyanın başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib.
Partiyadan sayta verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.
Virtualaz.org xatırladır ki, dünən azadliq.info AXCP sədri Əli Kərimlinin də analoji təklif aldığını yazmışdı.