Türkiyədə seçkiöncəsi nələr baş verir? – Şərh
Tarix: 13-05-2015, 09:21 | Çap et
Türkiyədə seçkiöncəsi nələr baş verir? – Şərh
“Türkiyədə “camaat əməliyyatı” ilə bağlı aparılan həbslər seçkilərə qədər davam edəcək”.
Bu barədə Axar.az-a politoloq Fərhad Mehdiyev açıqlama verib. Onun sözlərinə görə, hələ bu saxlamaların tam həbs olması məlum deyil:
“Burada həbs qətimkan tədbiri hələ ki, seçilməyib. Bu, hökumət tərəfindən aparılan əməliyyat nəticəsində 24 saatlıq saxlamalardır. Bundan sonra şübhəlilər məhkəməyə cıxarılacaq. Nəticədə həbslər ola da bilər, olmaya da. Görünür, Ərdoğan köhnə taktikasını işə salıb. Burada təbii ki, bir şeyi də unutmamalıyıq ki, “camaat” (Gülən tərəfdarları – red.) AKP-nin bir nömrəli düşmənidir. Yəni hökumət seçkilərdən əvvəl olan-bitəni nəzarətdə saxlamağa çalışır. Bu əməliyyatlar Türkiyə üçün daxili düşmənin məhvinə hesablanıb. Belə həbslər xüsusilə də seçkilərə qədər daha intensiv aparılacaq. Ancaq qeyd edim ki, hökumət tərəfindən aparılan bu əməliyyatlar “camaat”ın seçkiöncəsi törədə biləcəyi təxribatlara hesablanan addımlardır. Seçkilər bitdikdən sonra bu proseslər yavaşıyacaq”.
Qeyd edək ki, bu günlərdə Türkiyə hökuməti dövlət məmurlarını gizli dinləmə ittihamı ilə Gülən hərəkatına qarşı əməliyyata başlayıb, xeyli sayda hərəkat üzvləri həbs olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net